Boş yerləri bəyənməyən sürücü yolun ortasında hərəkəti çətinləşdirdi - VİDEO

Xırdalanda dayanma-durma qaydalarının pozulması artıq adi hala çevrilib və bu vəziyyət həm yol hərəkəti təhlükəsizliyinə, həm də nəqliyyat axınının normal hərəkətinə ciddi maneələr yaradır. Sürücülərin xüsusilə ikinci cərgədə parklanma etməsi nəticəsində digər avtomobillər üçün yol daralır, tıxaclar yaranır və qəza riski artır.
Avtosfer.az xəbər verir ki, belə bir qayda pozuntusu Heydər Əliyev prospektində baş verib. Avtomobildə quraşdırılmış kameraya qeydə alınan görüntülərdə 99-VM-927 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsünün geriyə dönmə yerinin qarşısında yolu zəbt etdiyi açıq-aydın görünür. Bu səbəbdən, geriyə dönmə manevrini başa çatdırmağa çalışan avtomobilin hərəkəti məhdudlaşdırılıb. Halbuki görüntülərdən aydın olur ki, yolun sağ kənarında və bir qədər irəlidə parklanma üçün kifayət qədər boş yerlər var. Lakin qayda pozan sürücü həmin yerlərdən istifadə etmək əvəzinə ikinci cərgədə dayanaraq nəqliyyatın axınına süni maneə yaradıb.
Könül Rauf
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










