Banner

Boyu sükana çatmayan azyaşlı şəhərin mərkəzində maşın sürdü: Təhlükəli anlar - VİDEO

Qaydalar 1 Sentyabr 2025 10:00 Oxunub 1196
Boyu sükana çatmayan azyaşlı şəhərin mərkəzində maşın sürdü: Təhlükəli anlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda azyaşlının sükan arxasına keçərək avtomobil idarə etməsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 31-də paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yaxınlığında qeydə alınıb. Şahidlərin sözlərinə görə, 77-KB-415 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsünün sükan arxasına azyaşlı uşağı əyləşdirdiyi görünüb.

Məlumata görə, sürücü uşağa avtomobil idarə etməyi öyrətməyə çalışıb. Videogörüntülərdə azyaşlının sükan arxasından düşməsi də açıq şəkildə əks olunub. Bu hal azyaşlının həyatına və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi təhlükə yarada bilər.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yalnız sürücülük vəsiqəsi olan şəxslərə avtomobil idarə etməyə icazə verilir. Azyaşlıların sükan arxasına buraxılması həm inzibati məsuliyyət yaradır, həm də onlarda pis vərdiş formalaşdırır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh