"Bravo"nun sürücüsü keçiddə piyadaların üzərinə sürdü - VİDEO

"Bravo" mağazalar şəbəkəsinə məxsus yük avtomobili sürücüsünün kobud qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində baş verib.
Belə ki, 99-JP-544 qeydiyyat nişanlı "İsuzu" markalı avtomobilin sürücüsü keçiddə piyadalara yol verməyərək hərəkətinə davam edib. Təhlükəni görən piyadalar dayanaraq ölümdən son anda xilas olublar.
"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 330.0-cı maddəsinə görə, 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










