Bu aparatlardan keçməyəmə avtobus verilmir - Yeni qayda – FOTO

MDB məkanında ən böyük Sürücü Təlim Mərkəzi olan "Test&Training Azerbaijan"da simulyatorların tətbiqinə başlanıb. İlkin olaraq, peşәkarlığın artırılması vә tәkmillәşdirilmә mәqsәdi ilә "Baku Bus" MMC-də fəaliyyət göstərən sürücülər cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, Türkiyә istehsalı olan bu texnologiya vasitәsilә sürücü vә ya sürücülüyә namizәdlәrin idarәetmә bacarıqları qiymәtlәndirilәcәk, habelә onlar tәcrübәli mütәxәssislәrin nәzarәti altında peşәkarlıq sәviyyәsini tәkmillәşdirmәklә idarәetmә bacarıqlarını inkişaf etdirәcәklәr: "Yeni texnologiya hәmçinin, real hәyatda yaradılması mümkün olmayan ekstremal vәziyyәtlәrdә avtobusun tәhlükәsiz idarә edilmәsi imkanlarını qiymәtlәndirir, sürücülәrin yol hәrәkәti qaydalarına uyğun idarәetmә vә digәr tәhlükәsizlik qaydaları ilә bağlı bacarıqlarını hesablayır. Tәlimin sonunda sürücülәrә şәrti idarәetmә zamanı simulyatorun qeydә aldığı xәtalar göstәrilir vә onlara ümumi peşәkarlıq sәviyyәsini qiymәtlәndirәn cәdvәl tәqdim olunur".
Şöbə müdiri qeyd edib ki, sәrnişindaşımada tәhlükәsiz xidmәti әsas iş meyara çevirәn vә sürücülәrin peşәkarlığını daim diqqәt mәrkәzindә saxlayan Bakı Nəqliyyat Agentliyi tərəfindən gәlәcәkdә ictimai nəqliyyatda fəaliyyət göstərən bütün sürücülər yalnız "Test&Training Azerbaijan"da xüsusi yoxlamalardan keçdikdən sonra sərnişindaşıma sahəsində xidmət göstərə biləcəklər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













