Bu avtobuslarda sizi izləyirlər - DİQQƏT!

Məlumdur ki, son zamanlar Sumqayıt şəhərinə yeni, böyük ölçülü, rahat və kameralarla təchiz olunmuş marşrut avtobusları gətirilir. Bunlara 2, 5, 7 və s. kimi avtobusları misal göstərmək olar. Bəs görəsən, avtobuslardakı müşahidə kameralarına aidiyyəti orqanlar tərəfindən mütəmadi şəkildə nəzarət olunurmu? Suala cavab tapmaq üçün xeberle.com Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəisi Seyfulla Əsədullayev ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, kameralar daim işləyir, lakin onlar yalnız departamentə şikayət daxil olduğu zaman qurum tərəfindən izlənilir: "Əgər oğurluq, mübahisə və s. kimi hallarla bağlı bizə şikayət olunursa, həmin gün biz müşahidə kameralarını izləyir və məsələnin həllini tapmağa çalışırıq. Oğurluqla bağlı müraciət olunduğu zaman avtobusun nömrəsi sərnişinin yadında qalıbsa, oğurluq edən şəxsi tapmaq bizim üçün daha asan olur. Belə olduqda məsələni dərhal həll edir və oğurlanmış əşyanı sahibinə çatdırırıq.
Məsələn, bu yaxınlarda bir xanımın çantasını oğurlamışdılar. Kameralar vasitəsilə oğrunu tapdıq və çantanı sahibinə qaytardıq. Bu gün isə 3 nömrəli marşrut avtobusunun sərnişini sürücü ilə bağlı bizə şikayət edib. Hər ikisini yanıma çağırdım, məsələni aydınlaşdırdım, sürücüyə 3 gün vaxt verdim ki, işinin icrasını qaydasına qoysun və avtobusun idarəsinin əlindən alınacağı barədə xəbərdarlıq etdim”.
Qeyd edək ki, son zamanlar sərnişin-sürücü mübahisələri ilə bağlı videogörüntülər sosial şəbəkələrdə də yayımlanaraq günümüzün ən aktual məsələlərindən birinə çevrilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












