Bu bazara maşınla gedənlərin diqqətinə: 2 bal 60 manat cərimə yazılır - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, qeyd edilən ərazidə Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Belə ki, səkidə saxlayaraq piyadaların hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq qaydada tədbirlər görülür. Səkilər nəqliyyat vasitələrinin dayanması və durması üçün deyil, piyadaların daha da təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu baxımdan da sürücülər sözügedən yerlərdə nəqliyyat vasitələrini saxlayaraq piyadaların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinə zəmin yaratmamalıdırlar.
***
Bakıda dayanma-durma qaydasını pozan sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilirlər. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 8-ci kilometr bazarının qarşısından gedir. Belə ki, neçə illərdir bazara gələn şəxslər avtomobillərini necə gəldi park edirdilər. Bu isə digər sürücülərin hərəkətinə çətinlik yaradırdı və eyni zamanda yol uzunu tıxaca səbəb olurdu.
Qeyd edək ki, ərazidə quraşdırılmış kamera vasitəsilə dayanma-durma qaydasını pozan sürücülər, həmçinin səkidə parklanma edərək piyadaların yolunu kəsən sürücülər məsuliyyətə cəlb edilirlər.
Cərimələnən sürücülərdən biri qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Həmin videonu təqdim edirik.
Fərid
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO










