Bu cür dayanıb yol verən sürücüləri 3 bal 100 manat cərimə gözləyir - VİDEO

Bəzi sürücülər ikinci dərəcəli yoldan baş yola daxil olan zaman harada dayanıb yol verməli olduqlarını hələ də bilmirlər. Elə hallar olur ki, sürücü üstünlüyə malik olan avtomobillərə yol vermək üçün yolayrıcına daxil olub dayanır. Bu zaman baş yoldakı avtomobilə yol vermək əvəzinə, əksinə təhlükə yaradır. Belə sürücülərdən biri Bərdə rayonunda (Diaqnostika mərkəzinin yaxınlığında) kameraya düşüb. Videodan da göründüyü kimi, sürücü yüksək sürətlə yolayrıcına daxil olaraq üstünlüyə malik olan avtomobilə qəza şəraiti yaradıb.
Belə vəziyyətdə həmin sürücü cərimələnə bilərmi?
Qeyd edək ki, ikinci dərəcəli yoldan baş yola daxil olan sürücü kəsişmə yerinin bilavasitə qarşısında dayanaraq baş yolla hərəkət edən sürücülərə yol verməlidir. Təqdim etdiyimiz videodakı sürücü kimi baş yola daxil olub dayanırsa, qayda pozmuş hesab edilir. Çünki yola daxil olub hərəkət zolağını zəbt edən sürücü baş yolla hərəkət edən sürücüyə birmənalı olaraq maneə yaratmış sayılır. Ona görə də belə hallarda sürücüyə yazılmış cərimə qanuni hesab edilir.
Bu qayda pozuntusuna görə, sürücü 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












