Bu cür məsuliyyətsizliyə görə piyadalar yol qəzalarının qurbanına çevrilirlər - VİDEO

Bakıda öz həyatlarını təhlükə altına atan gənclər kameraya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi, iki gənc oğlan ayırıcı zolağın üzəri ilə hərəkət edirlər. Daha sonra onlar yolun hərəkət hissəsinə çıxaraq irəliləməyə davam ediblər. Bu zaman isə sol zolaqla hərəkət edən avtomobillərin sürücüləri üçün təhlükəli vəziyyət yaradıblar.
Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də məhz bu cür hərəkətlərdir. "Mənə heç nə olmaz" düşüncəsi ilə qaydaları pozan piyadalar, kiçik bir məsuliyyətsizlik ucbatından yol qəzalarının qurbanına çevrilirlər. Təcrübəyə görə, yolun hərəkət hissəsinin ən sol zolağı təhlükəli sayılır. Çünki avtomobillər həmin zolaqda yüksək sürətlə hərəkət edirlər. Bu videoda isə görüntünü qeydə alan avtomobili sağdan kimsə sıxışdırsa və qəza baş versəydi, həmin piyadaların da vurulması riski yaranacaqdı. Lakin piyadalar yolun ortası ilə hərəkət edərkən bütün bu riskləri nəzərə almırlar.
Fərid
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO










