Bu cür ötmə edən sürücüləri cərimə gözləyir - DİQQƏTLİ OLUN! - VİDEO

Bakı-Ələt yolunda qayda pozan iki sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, sürücülərdən biri hərəkət sürətini aşıb, digər isə manevr qaydasını pozub. Belə ki, 110 km/saat sürət təşkil edilmiş yolda görüntünü qeydə alan sürücü yüksək sürətlə hərəkət edib. Ötməyə başlayan 99-MM-671 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü isə sol zolağa keçərək həmin sürücüyə mane olub. Görüntünü qeydə alan sürücü vaxtında əyləci basmasaydı qəza baş verə bilərdi.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Qeyd edək ki, bu xətanı törədən sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Leyla
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO











