Bu ərazidə sürücülər hər gün kütləvi qayda pozur: Təhlükə və tıxac qaçılmazdır - VİDEO

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda kütləvi qayda pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” səhifəsinə video göndərərək məlumat verib. Kadrdan aydın olduğu kimi, 10-HH-484 dövlət nömrə nişanlı “Changan” markalı, 77-ET-988 dövlət nömrə nişanlı “Fiat” markalı, 90-DL-066 dövlət nömrə nişanlı “Lexus” markalı, 77-VK-210 dövlət nömrə nişanlı “Changan” markalı, 01-BT-154 dövlət nömrə nişanlı “Mercedes” markalı və 77-DN-449 dövlət nömrə nişanlı “KIA” markalı avtomobillərin sürücüləri işıqforun qırmızı işığında gözləməmək üçün əks yola çıxaraq hərəkət ediblər.
Nəticədə onlar qarşıda öz zolaqlarına yenidən qayıdaraq tıxaca səbəb olublar. Qayda pozan sürücülər həmçinin qarşıdan gələn yük maşınına da qəza riski yaradıb. Çarəsiz qalan yük maşınının sürücüsü sağa manevr edərək hərəkətinə davam edib.
İzləyici bildirib ki, sözügedən ərazidə demək olar ki, hər gün eyni hal baş verir və nəticədə sürücülər dəqiqələrlə tıxacda qalmalı olurlar.
Qeyd edək ki, qırmızı işıqda dayanmamaq və əks yola çıxmaq yol hərəkəti qaydalarının kobud pozuntusudur. Bu cür hərəkətlər yalnız tıxac yaratmır, həm də ağır nəticəli qəzalara yol aça bilər.
Nərmin
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO
Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI
Masazırda ard-arda kobud qayda pozan sürücü təhlükə saçdı - VİDEO
Səbrsiz sürücü əks yola çıxıb maşının üzərinə sürdü - 90-ZF-990 - VİDEO
Uşağı məktəbə gətirən sürücü öz rahatlığı üçün maşını səkidə park etdi - VİDEO
Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək - Qərar imzalandı
Qəza işıqlarını yandırıb maşını yolun ortasında park etdi; yolu bağladı - VİDEO











