Bu ərazidə sürücülər yolayrıcına necə gəldi daxil olub hərəkəti iflic edirlər - VİDEO

Nizamlanan yolayrıcılarında növbəsini gözləmədən hərəkət edən sürücülər yolda tıxaca səbəb olurlar. Belə ki, onlar işıqfora əhəmiyyət vermədən, yaxud son saniyələrini gözləmədən yolayrıcılarına daxil olurlar. Bu xəta, dəqiqələrlə, hətta saatlarla sıxlığın yaranamsına gətirib çıxarır. Təbii ki, belə halda qəza riski də artır.
Xoşagəlməz mənzərənin ən çox olduğu ərazilərdən biri də Üzeyir Hacıbəyli küçəsilə Bülbül prospektinin kəsişməsidir. Avtosfer.az-ın məlumatına görə, sözügedən ərazidə kütləvi şəkildə qayda pozan sürücülərin görüntüsü sosial şəbəkədə paylaşılıb. Belə ki, 77-YC-654 dövlət nömrə nişanlı “KIA Rio” markalı və digər avtomobillərin sürücüləri işıqforun qırmızı işığında dayanmadan yolayrıcına daxil olublar. Nəticədə onlar yaşıl işıqda keçən sürücülərin hərəkətinə çətinlik yaradaraq tıxaca səbəb olublar. Daha sonra görüntünü qeydə alan sürücü qayda pozan avtomobilə yaxınlaşaraq “Qırmızıda niyə keçirsən?” - deyə, sual verib. Sürücü isə işıqforun yaşıl işığında yolayrıcına daxil olduğunu bildirib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsinin 2-ci hissəsinə əsasən, yolayrıcından, yaxud kəsişmə yerindən sonra tıxac yaranıbsa bu halda sürücünün yolayrıcına daxil olması qadağandır.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










