Bu ərazidəki "tıxac xəstəliyi"nin çarəsi tapıldı - VİDEO+FOTO

Sabunçu körpüsü yaxınlığında tıxacların yaranmasına səbəb olan problem aradan qaldırılacaq. Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl milli.az-ın redaksiyasına müraciət edən Zabrat-1 qəsəbəsinin sakinləri Sabunçu körpüsünün yanında yolu keçərkən ciddi problemlərlə qarşılaşdıqlarını bildiriblər: "Sizə Zabrat-1 qəsəbəsindən yazırıq. Amma haqqında danışacağımız problem tək Zabrat qəsəbəsinə aid deyil, Sabunçu körpüsündən üzü Bakının əksi istiqamətində yaşayanların hamısının bir ortaq dərdi var - o da hər səhər, günorta, axşam o körpünün qarşısında yaşanan xaosdur. İş burasındadır ki, Sabunçu körpüsünün başlanğıcından təxminən 50-60 m aralıda, Şəhər Şossesində avtobus dayanacağı var - körpünün üstü ilə də, yanı ilə də Bakıya üz tutan avtobuslar orada saxlayır. Bir tıxac bu zaman yaranır. 6 zolaqlı yolun 4 zolağı əvvəl Bakıdan bəri, 2-si üzü şəhərə doğru olduğundan, üstəlik həmin dayanacaqdan qarşı tərəfə piyada zolağı olduğundan, həmçinin piyadaların nizamsız hərəkəti səbəbindən orada daim tıxac yaranır. Bir müddət əvvəl oradakı piyada zolağı silinib, həmçinin zolaqlar bərabər bölünüb - 3-ü şəhərə doğru, 3-ü şəhərdən əks istiqamətdə. Amma piyadalar yenə də həmin yolu keçməkdə davam edirlər. Təbii ki, bütün bunlar hərəkətə mane olur. Bir az qabaqda isə, yəni körpünün başlanğıcı ilə üzbəüz açıqlıq, boş sahə var. Olmazmı ki, şəhərə hərəkət edən avtobuslar üçün orada cib tikilsin? Orada cib tikilsə, sıxlıq xeyli azalar, avtobus sərnişinləri, piyadalar və sürücülər üçün də rahat olar. Xahiş edirik, bu problemimizi ictimailəşdirəsiniz. Çünki hər səhər 15 dəqiqəlik yola ən yaxşı halda 45 dəqiqə sərf etməli oluruq. Axşam tıxacları isə lap biabırçılıqdır. Bəzən 2-3 saat yollarda qalırıq". milli.az sakinlərin bu müraciəti əsasında həm DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, həm də "Azəravtoyol" ASC-yə sorğu ünvanladı. Üstündən bir müddət keçəndən sonra "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sakinlərin şikayət və narahatlığı nəzərə alınıb və yaxın zamanlarda adıçəkilən ərazidə yerüstü piyada keçidi inşa olunacaq: "Problemin aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verildi. Komissiyada təkliflər nəzərə alınaraq həmin ərazidə yerüstü piyada keçidinin tikilməsi barədə qərar verilib. Belə ki, Sabunçu körpüsündən Zabrat istiqamətində yüngül konstruksiyalı piyada keçidi inşa ediləcək. Keçid olandan sonra orada piyadaların yolu keçmə problemi həll olunacaq, nəticədə yolda nəqliyyatın sıxlığının və tıxacların yaranmasının da qarşısı alınacaq".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












