Bu halda parklanmaya görə ödəniş etməyə ehtiyac yoxdur - RƏSMİ

“Parklama tariflərinin müəyyən olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən təhlillər aparılıb, təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Hazırda bu məsələ ilə bağlı hökumətin cavabını gözləyirik. Təsdiqlənəndən sonra işə başlanılacaq”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, parklanma qiyməti deyəndə küçə parklanma yerləri nəzərdə tutulur: “Parklanma qiyməti təsdiq olunana qədər küçə parklanma yerlərindən istifadə pulsuzdur. Harada ki, parklanma yeri var, müvafiq nişan qoyulub, orada avtomobil saxlamaq ödənişsizdir. Küçə parklanmasına görə kiməsə ödəniş etməyə ehtiyac yoxdur”.
BNA rəsmisi həmçinin avtobus zolaqları ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, 2017-ci ildə xüsusi hərəkət zolaqları ilə bağlı işlərə başlanılıb. Füzuli, Yusif Səfərov küçələri və Babək prospektində avtobus zolaqları təşkil olunsa da, istənilən nəticə alınmayıb: “Qismən Yusif Səfərov küçəsində bu qaydaya əməl edilirdi. Heydər Əliyev prospekti istiqamətində həmin zolaqlar kəsilirdi. Yaxşı olardı ki, bu zolaqlar dəhliz formasında olardı. Biz növbəti dəfə Nazirlər Kabineti yanında Yol Təhlükəsizlik Komissiyasına müraciət edəndə bu amili əsas götürdük. Əsas ictimai nəqliyyat dəhlizləri müəyyənləşdirildi. Q. Qarayev prospekti, M. Hadi küçəsi və Gəncə prospekti – bu dəhliz çox böyükdür. Paytaxtda daşınan sərnişinlərin dörddə biri bu dəhlizin payına düşür. 570 mindən çox sərnişin buradan keçən avtobuslardan istifadə edir. Bəzən burada da avtobus zolağında sürücülər avtobusların hərəkətinə maneə yaradırlar. Lakin biz yol polisi ilə birgə bu halların qarşısını almağa çalışırıq”.
M. Ağayev həmçinin əlavə edib ki, əsas məqsəd keyfiyyətli ictimai nəqliyyat xidməti göstərməkdir. “Avtobus parkı əsaslı şəkildə yenilənir. 2015-2019-cu illərdə Bakı şəhərinə 603 avtobus, 2020-ci ildə 115 avtobus gətirilib, 2021-ci ildə isə 320 ədəd avtobus gətiriləcək. Bu proses davamlı olaraq həyata keçiriləcək. Biz bu avtobusları gətirəndə onlar üçün rahat hərəkət mühiti də yaratmalıyıq. Agentliyin məqsədi nəqliyyatda Bakı standartı yaratmaqdır”.
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO








