Bu halda svetoforda dayanan sürücülər cərimələnəcək - AÇIQLAMA - VİDEO
İşıqforlarda avtomobillər üçün stop xətti çəkilir. Bu xətt piyadaların təhlükəsiz hərəkəti üçün təşkil olunub. Lakin bəzi sürücülər hərəkətdə olarkən yol ayrıcına çatırlar və svetoforun qırmızı işığında “stop” xəttini keçirlər. Bəs bu nə qədər düzgündür? Belə olan təqdirdə sürücü cərimələnə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı verlişlərin birində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli danışıb.
O, bildirib ki, “stop” xəttini keçmək nişanın tələbinin pozulmasıdır:
“Belə halda İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat cərimə nəzərdə tutulur. “Stop” xətti svetoforla piyada keçidinin sərhədlərində bitir. Yəni, bəzi sürücülər bu xətti keçməklə piyadaların yoluna çıxırlar, təhlükəsiz keçidə mane olurlar. “Stop” xətti nişandır və onun tələbini pozmaq olmaz”.
Sürücülər bilməlidir ki, yollarda nəqliyyat vasitələri qədər piyadaların da təhlükəsiz hərəkəti təmin olunub. Bunun üçün müxtəlif keçidlər, səkilər, svetoforlar və s. həmçinin yol nişanları təşkil edilib. Hərəkətdə olarkən sürücülər nişanların tələbinə düzgün əməl etməli, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdır.
Məhəbbət Tərlanoğlu