Bu hərəkəti edən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Həm söyülürsünüz, həm də cəriməsi var - VİDEO

Hər gün pik saatlarda Bakının mərkəzi küçələrində hərəkət dayanır. Demək olar ki, mərkəzi küçələrin hamısında zəncirvari olaraq eyni hal baş verir. Yaranan bu vəziyyət bütün sürücüləri narahat edir. Lakin bunun yaranma səbəbi də məhz sürücülərdir. Avtosfer.az xəbər verir ki, bununla bağlı dəfələrlə maarifləndirici materiallar dərc etsək də, sürücülər heç bir nəticə çıxarmaq istəmir. Belə ki, tıxac zamanı sürücülər yolayrıcına daxil olaraq orada qalırlar və bu, digər istiqamətdən gələn avtomobillərin də yolunu kəsir. Sürücülərdən biri düşdüyü vəziyyətlə bağlı videogörüntü qeydə alaraq öz etirazını bildirib. Çox təəssüf ki, həmin qaydaya az sayda sürücü əməl edir.
Qanunvericilikdə qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Qanunvericiliyin bu müddəası bütün yolayrıclarına (nizamlanan, nizamlanmayan, sarı tor olan və ya olmayan yolayırıclarının hamısına) şamil edilir. Bu qaydanın pozulmasına görə sürücünü 3 bal 80 manat məbləğində cərimə gözləyir.
Leyla
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO











