Bu küçədə görünməyən nişana görə hər gün qəza baş verir: Qurumlar hara baxır? - VİDEO

Bakının Nəsimi rayonu ərazisində ağacların arxasında gizlənən yol nişanı hər gün qəzalara səbəb olur. Avtosfer.az bildirir ki, oxuculardan biri Xan Şuşinski ilə Hənifə Ələsgərov küçəsinin kəsişmə nöqtəsində hər gün baş verən qəzalardan şikayətçi olaraq redaksiyamıza video göndərib. O, bildirib ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan sürücü burada ağacların arxasında qalan “Stop”, düzünə və yalnız sola hərəkətə icazə verən yol nişanını görmədiyindən xüsusən də, gecə saatlarında qəzaya səbəb olur.
Videoda bildirilir ki, hətta yolun qarşısındakı 4 ağac belə qəzalar nəticəsində məhv olub. Hənifə Ələsgrov küçəsindən sürətlə gələn avtomobillər baş yolda olduqları üçün sağı gözləmir və Xan Şuşinski yolundakılar isə nişanı çox gec gördükləri (və ya gecə qaranlığında heç görmədikləri) üçün toqquşma baş verir. Videonu çəkən şəxs bildirib ki, hər gün xüsusən də gecə vaxtı burda bir neçə qəza baş verir. Avtosfer.az-ın apardığı araşdırmalardan da bəlli olur ki, buradakı yol nişanı həqiqətən də görünmür. Yolda əvvəllər yerləşdirilən güzgü isə yığışdırılıb. Çox güman ki, o da burada baş verən qəzaların qurbanı olub.
Ekspert Elməddin Muradlı bildirib ki, bu kəsişmədə yol nişanlarının və nişanlama xətlərinin təşkili ilə bağlı ciddi problemlər var. "Ağacların arxasında gizlənən nişanlar sürücülərin boş yerə cərimələnməsinə səbəb olur. Bu, hələ yaxşı haldır. Çox zaman isə burada ağır qəzalar baş verir. Hər iki tərəfdən yaxınlaşan sürücü özünü haqlı sayır, çünki burada heç bir yol nişanı görünmür. Təəssüflər olsun ki, bəzi sürücülər yol ayrıcında hərəkətlə bağlı qaydalara da əməl etmir. Qanuna əsasən, nizamlanmayan yol ayrıcında sağdan gələn üstünlüyə malikdir”.
Ekspert onu da bildirib ki, 5 ilə yaxındır bu ərazidən demək olar hər gün qəza xəbəri gəlir. Bu məsələ ilə bağlı tədbir görməli olan qurumlar isə hər kəsə bəllidir - DYP-də Hərəkətin təşkili şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma İdarəsi və Bakı Nəqliyyat Agentliyi.
Elməddin Muradlı onu da vurğulayıb ki həmin ərazidən dəfələrlə aidiyyatı qurumlara şikayət ərizələri yazılıb. Amma hələ də bir tədbir görülməyib. "Aidiyyatı qurumlar bu məsləyə baxmadıqları halda bu yolda qəza törədərək zərər çəkən şəxs həmin qurumları məhkəməyə verib təzminat tələb edə bilər”.
Güman edirik ki, iş bu həddə çatmadan və kiçik problem böyük faciələrə yol açmadan çox asan və sadə yolla aradan qaldırılar.
Aysel
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO











