Bu küçədə "STOP" nişanı sürücüləri təhlükəyə atır - VİDEO

Qaydalar 5 İyun 2023 11:00 Oxunub 1854
Bu küçədə "STOP" nişanı sürücüləri təhlükəyə atır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Süleyman Tağızadə küçəsi ilə Abdulla Şaiq küçələrinin kəsişməsində qoyulmuş yol nişanı sürücüləri təhlükəyə atır.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri video paylaşıb. Belə ki, adıçəkilən küçələrin kəsişməsində "STOP" nişanı qoyulub. Lakin Süleyman Tağızadə küçəsinin Abdulla Şaiq küçəsinə çıxış hissəsində kifayət qədər böyük mailliyə malik olan yoxuş var. Sürücülərin orda "Stop" etməsi təhlükə yaradır. Xüsusilə qış aylarında bu ikiqat risklidir. 
Videonu paylaşan şəxs orada  "yol ver" nişanının olmasını daha məqsədəuyğundur hesab edir. 
Lakin daha yaxşı olardı ki, burada ayrılmış zolaq yaradıla və 1.1 nişanlanma xətti ilə Abdulla Şaiq küçəsi ilə hərəkət edən avtomobillərin yolu dəyişə. Qeyd edək ki, bunu yaratmaq üçün küçə kifayət qədər genişdir.

Videonu təqdim edirik:

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh