Bu küçədə sürücülər kefləri istədiyi kimi hərəkət edir; hər cür təhlükə yaradırlar - VİDEO

Qaydalar 10 İyul 2025 19:30
Bu küçədə sürücülər kefləri istədiyi kimi hərəkət edir; hər cür təhlükə yaradırlar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kütləvi şəkildə qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə iyulun 4-də səhər saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, önündəki avtomobili ötməyə çalışan 77-UV-765 dövlət nömrə nişanlı “Opel” markalı maşının sürücüsü öncə onun sağ tərəfinə, ardınca sol tərəfinə keçərək onu yol boyu sıxışdırıb və qəza şəraiti yaradıb.

Bir müddət sonra 15-BL-182 dövlət nömrə nişanlı “Lada” markalı maşının sürücüsü də eyni qaydanı pozub. Bununla kifayətlənməyən sürücülər digər nəqliyyat vasitələrini ötmək üçün hətta yol çiyninə çıxaraq hərəkət ediblər.

Onlardan geri qalmayan 77-RP-439 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan yolayırıcına daxil olaraq təhlükə yaradıb.

77-RO-971 dövlət nömrə nişanlı “BYD” markalı maşının sürücüsü isə əks istiqamətli yola çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Qeyd edək ki, sözügedən küçədə sürücülr mütəmadi olaraq qayda pozurlar.

Nərmin

Oxunub : 1480
ŞƏRH YAZ
Ad

E-mail

Şərh