Bu küçədəki "parkovşik"lərə inanmayın: Hamıya cərimə yazılır - VİDEO
Qaydalar
16 Mart 2023 10:00
Oxunub 1202
Bakıda sürücüləri aldadan "parkovşik"lərdən redaksiyamıza ardıcıl şikayətlər daxil olur. Sürücülər müraciətlərində qeyd edirlər ki, parklanmaya nəzarət edən şəxslər onları aldadaraq cərimə yazılmadığını bildirirlər, lakin sonradan onlara sms vasitəsilə cərimə xəbərdarlığı gəlir. Bu məsələdə nəzarətçilərlə yanaşı sürücülərin də səhvi var. Əgər park etmək istədikləri küçədə dayanma-durma qadağandır nişanı və ya parklanmanı qadağan edən digər hallar varsa, orada dayanmaq olmaz.
Belə yerlərdən biri də Əhməd Rəcəbli küçəsidir. Nərimanov metrostansiyasının yanında ("Mado" restoranının yan tərəfində) dırnaqarası parklanmaya nəzarət edən şəxs avtomobillərin avtobus zolağında park edilməsinə şərait yaradır. Sürücülərdən ödənişi aldıqdan sonra isə sözün əsl mənasında aradan çıxırlar. Ərazidə xidmət aparan yol polisləri isə avtobus zolağını zəbt edən sürücülərə qarşı məsuliyyət tədbirləri həyata keçirməyə məcbur qalır. Çünki həmin zolaq avtobuslar üçün nəzərdə tutulub. Bir sözlə onu demək istəyirik ki, şəhərin istənilən yerində xidmət aparan "parkovşik"lərin səmimiyyətinə inanmayın ki, cərimə də olunmayasınız.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR