Bu parkinqə girən sürücülər 100 manatlıq qayda pozmalı olurlar - VİDEO

Bakıda hərəkətin təşkili ilə bağlı problemi sürücülərdən biri qeydə alaraq sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Xocalı prospektindən gedir.
Belə ki, bir müddət əvvəl hərəkətin təşkilinə dəyişiklik edilərək yolun sol zolağını velosipedlər, sağ zolağını isə avtobuslar üçün ayırdılar. Avtobus zolağının sağ tərəfində isə parklanma yeri təşkil edildi. Lakin parklanma yerinə daxil olmaq üçün avtobus zolağının heç bir hissəsində qırıq xətlər çəkilməyib.
Hal-hazırda sürücülər həmin parklanma yerinə daxil olmaq üçün ya avtobus zolağının başlanğıcından, ya da bütöv xətti kəsərək hərəkət etməyə məcbur olurlar ki, bu da 100 manat 2 bal cərimə olunmaq deməkdir.
Qanunvericiliyə görə, hər iki hal qayda pozuntusu hesab edilir. Hərəkətin bu formada təşkili düzgün hesab edilmir. Eyni zamanda yuxarıda sadaladığımız formada parklanma yerinə daxil olmağa görə heç bir sürücü məsuliyyətə cəlb edilə bilməz.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










