Bu piyadalar keçidi qoyub görün yolu haradan keçdilər - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan piyadalar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 23-də, paytaxtın Xəlil Rza Ulutürk küçəsində (Koroğlu metrostansiyasının yaxınlığında) qeydə alınıb.
Hadisə zamanı bir neçə piyada yaxınlıqda keçidin olmasına baxmayaraq, yolu müəyyən olunmamış yerdən keçiblər. Videodan da aydın şəkildə görünür ki, cəmi 3-4 metr irəlidə piyada keçidi mövcud olsa da, piyadalar qanunları və ictimai təhlükəsizliyi nəzərə almadan hərəkət ediblər. Bu isə nəinki onların öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının – xüsusən sürücülərin təhlükəsizliyini ciddi şəkildə risk altına atır.
Xatırladaq ki, yol hərəkətində hər bir iştirakçının – istər sürücünün, istərsə də piyadanın məsuliyyətli davranması vacibdir. Əks halda, nəticələr faciəvi ola bilər.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










