Banner

Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO

Qaydalar 15 Yanvar 2026 10:00
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dayanma-durma qaydalarına əməl etməyən sürücülər yol hərəkətinin digər iştirakçıları üçün ciddi narahatlıq yaradırlar. Avtosfer.az-ın məlumatına görə, sözügedən hal paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Zaur Nudirəliyev küçəsi ilə kəsişmədən sonra sürücülər avtomobillərini kütləvi şəkildə səkidə saxlayırlar. Nəticədə piyadalar səkidən istifadə edə bilmədikləri üçün hərəkət hissəsinə çıxmağa məcbur qalırlar. Bundan başqa, bəzi obyektlərin pilləkən və məhəccərləri də səkini qismən tutaraq vəziyyəti daha da çətinləşdirir. Qeyd olunur ki, səkidə parklanma halları bu ərazidə demək olar ki, hər gün təkrarlanır.

 

Fərid

Oxunub 630
ŞƏRH YAZ
Ad

E-mail

Şərh