Bu prospektdə sürücülər yollarını qısaltmaq üçün təhlükəli qayda pozurlar - VİDEO

Qaydalar 11 İyun 2024 13:15 Oxunub 412
Bu prospektdə sürücülər yollarını qısaltmaq üçün təhlükəli qayda pozurlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücülərin qayda pozduğu küçələrdən biri də İnşaatçılar prospektidir. Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə baş verən hadisə avtomobildəki kameraya qeyd olunub. Belə ki, Azad Mirzəyev küçəsindən gələn sürücülər Statistika Komitəsinin qarşısından sola dönərək Nəriman Nərimanov prospekti istiqamətinə hərəkət edirlər. Nəticədə İnşaatçılar prospekti ilə hərəkət edən sürücülər təhlükə ilə üzləşirlər. Azad Mirzəyev küçəsinin sonunda düzünə hərəkəti bildirən nişanın olmasına baxmayaraq, sürücülər yollarını qısaltmaq üçün qaydaları pozurlar. Öz rahatlıqlarını düşünən sürücülər qayda pozmaqla digər sürücülərin həyatına təhlükə yaradırlar.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh