Bu şəxslərin “miqalka”dan istifadəsi QADAĞANDIR — RƏSMİ

Tıxaclar günümüzün acı reallığıdır. Bu reallıqda əsəblərə toxunan başqa bir məsələ isə bəzi sürücülərin sui-istifadə hallarına yol verməsidir. Kimlərsə təcili yardım avtomobilinin arxasınca düşür, bəziləri isə avtomobilinin üzərinə “miqalka” yerləşdirərək yolun boşaldılmasını tələb edir. Bu şəxslər bəzən səsucaldıcıdan da istifadə edirlər.
Halbuki avtomobilin göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunması qanun pozuntusudur.
Belə hallar qanun pozuntusu olmaqla yanaşı, həm də bu kimi avtomobillərin sürücüləri bəzən digər hərəkət iştirakçılarına maneə yaradırlar.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.
Həmin sürücüləri hansı cəza gözləyir?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya bildirildi ki, gücü dəyişən işıqlardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır:
“Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidirlər. Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir”.
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








