Bu sürücü nə etdiyini bilmir: qayda pozur, amma xəbəri yoxdur - VİDEO

Sürücünün bir neçə yol hərəkəti qaydasını pozması avtomobildəki kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 20-də paytaxtın Mehdi Hüseyn küçəsində baş verib.
77-UG-772 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yalnız sola hərəkət üçün nəzərdə tutulan zolaqla hərəkət edib və sonra bütöv xəttin üzərindən keçərək sağa manevr edib. Daha sonra isə svetoforun qırmızı işığında hərəkətini davam etdirib və bir neçə metr irəlidə dayanaraq yaşıl işığın yanmasını gözləyib.
Sürücü elə güman edib ki, irəlidə dayanıb gözləməklə qaydalara əməl edib. Lakin unutmaq olmaz ki, svetoforu keçib dayanmaq qanunvericiliyə əsasən qırmızı işıqda keçmək kimi qiymətləndirilir. Bu qayda pozuntusuna görə sürücü 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










