Bu sürücü "öz qanunları" ilə hərəkət edir: Eyni anda 4 qaydanı pozdu - VİDEO

Qaydalar 9 Avqust 2024 11:00 Oxunub 2362
Bu sürücü "öz qanunları" ilə hərəkət edir: Eyni anda 4 qaydanı pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində baş verib. 99-ML-342 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü eyni anda 4 qayda pozuntusu törədib. Belə ki, o, svetoforun qırmızı işığında sağa hərəkət təşkil edilmiş zolaqdan yolayrıcına daxil olaraq sola dönüb. Bu zaman həm dönmə işığından istifadə etməyib, həm də keçidin üzərində dayanaraq piyadaların yolunu kəsib.

İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində qeyd olunub ki, sürücü eyni vaxtda bir neçə inzibati xəta törədibsə, o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.

 

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh