Banner

Bu sürücü qanunu "tərsinə oxuyub": Piyadanın üstünə sürür, maşına yol verir - VİDEO

Qaydalar 30 Aprel 2025 10:00 Oxunub 676
Bu sürücü qanunu "tərsinə oxuyub": Piyadanın üstünə sürür, maşına yol verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Qəşəm Aslanov küçəsində qeydə alınıb.

Belə ki, 99-TJ-908 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağa dönərkən kəsişmə yerini keçən piyadalara yol verməyib. Onlar dayanaraq avtomobilin keçib getməsini gözləyiblər.

Sürücü daha sonra üstünlüyə malik olduğu yerdə dayanaraq sola dönən avtomobilə yol verib. Bir sözlə, vacib olan yerdə dayanmayıb, lazım olmayan yerdə isə lüzumsuz yerə dayanaraq hərəkəti ləngidib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh