Banner

Bu sürücülər avtomobilləri sıxışdıraraq 2 saniyə qabağa düşdülər - VİDEO

Qaydalar 3 Mart 2025 09:00 Oxunub 1924
Bu sürücülər avtomobilləri sıxışdıraraq 2 saniyə qabağa düşdülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda manevr qaydasını pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 12-də paytaxtın Rövşən Cəfərov küçəsində qeydə alınıb.

Belə ki, 77-YU-428 qeydiyyat nişanlı "Chevrolet" markalı və 77-YE-103 qeydiyyat nişanlı "Pegout" markalı avtomobilin sürücüləri Ziya Bünyadov prospekti istiqamətinə getmək üçün qayda pozuntusu törədiblər. Həmin istiqamətdə sıxlıqda qalmamaq üçün, hər iki sürücü sağ zolaqla hərəkət edib, təhlükəsizlik adacığının tələbini pozublar. Bu zaman sol zolaqdakı avtomobilləri sıxışdıraraq onların hərəkətinə mane olublar.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh