Bu sürücülər ikinci zolağı taksi duracağına çeviriblər - VİDEO
Qaydalar
21 May 2025 11:30
Oxunub 1394

Abbas Mirzə Şərifzadə küçəsinə avtobus zolağı tətbiq edildikdən sonra orada dayanma-durma qaydasını pozanların sayı kəskin şəkildə azaldı. Lakin taksi sürücüləri axşam saatlarında yenə də intizamsızlıq etməyə davam edirlər.
Avtosfer.az xəbər verir ki, taksi sürücüləri İnşaatçılar metrostansiyasının qarşısında ikinci zolaqda dayanaraq müştəri gözləyirlər. Hətta saat 22:00-dan sonra avtobus zolağında bucaq altında parklanma edərək qaydaları kobud şəkildə pozurlar. Onların bu hərəkəti digər sürücülərə maneə törədir.
Ərazidən qeydə alınmış videonu təqdim edirik.
Fərid


ŞƏRH YAZ














