Bu sürücülər ödənişli yoldan pulsuz istifadə edə bilər - QƏRAR - VİDEO

Ötən il Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun alternativi istifadəyə verilib. Tarif Şurasının 2023-cü il 17 oktyabr tarixli 8 nömrəli qərarı ilə bu yol üçün gediş tarifləri müəyyən edildi.
Belə ki, minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat), kütləsi 3,5 tondan yuxarı olan yük maşınları və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat), avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib.
O cümlədən qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpik (bütün yol üçün 25 manat) müəyyən edilib.
Lakin motosiklet sürücüləri üçün heç bir tarif müəyyən edilməyib. Buna baxmayaraq həmin yoldan istifadə edən motosiklet sürücülərindən əsassız yerə ödəniş tələb edilməsi iddia edilir.
Həmin sürücülərdən biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, avqustun 7-də Yaşma giriş məntəqəsindən keçərkən Xaçmaza kimi olan məsafənin ödənişini, yəni 9.77 azn pul tələb ediblər. Motosikletlər üçün tarifin müəyyən olunmadığını deyən sürücünün sözünə isə əhəmiyyət verilmədiyi bildirilir.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










