Bu sürücülər qaydanı niyə pozur? – VİDEO

Bakıda "VAZ 2107" markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hadisə martın 13-də gecə təxminən saat 23:50-də Binəqədi rayonunda, metronun "Azadlıq prospekti" stansiyası və ya Dövlət Miqrasiya Xidməti tərəfdən Binəqədi qəsəbəsinə gedən istiqamətdə, 1-ci işıqforda baş verib. Belə ki, "VAZ 2107" markalı avtomobil həm işıqforun qırmızı işığında hərəkət edib, həm əks istiqamətli hərəkət zolağına çıxaraq qəza şəraiti yaradıb. Avtomobilin sürücüsünün bu qanunsuz hərəkətləri isə işıqforda dayanmış digər avtomobilin registratoru tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Bakıda "VAZ 2107" markalı avtomobillərin sürücüləri daha çox avtoxuliqanlıq və ya onların dili ilə desək, "avtoş"luq etmələri ilə seçilirlər. Registratorda qeydə alınmış həmin hadisənin videokadrlarını sizə təqdim edirik.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












