Banner

Bu sürücünü görəndə dayanın, yoxsa sizi vura bilər - 90-LH-614 - VİDEO

Qaydalar 14 May 2025 15:30 Oxunub 1726
Bu sürücünü görəndə dayanın, yoxsa sizi vura bilər  - 90-LH-614 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90-LH-614 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan avtomobillərin gəldiyini görsə də dayanmadan hərəkət edib. Bu zaman görüntünü qeydə alan avtomobilin sürücüsünə təhlükəli anlar yaşadıb.

Sürücü tormoz verərək baş verə biləcək qəzanın qarşısını alıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh