Bu svetoforda diqqətli olun: Belə edənlər qəzaya düşür - VİDEO

Paytaxtın Səbail rayonu, Bibiheybət yolunda (Jurnalistlərin binasının qarşısında) tez-tez yol-nəqliyyat hadisələri baş verir. Avtosfer.az xəbər verir ki, Bibiheybət məscidi istiqamətindən gələn hissədən sola — jurnalistlərin binasına dönməyə icazə verilib. Lakin həmin kəsişmə yerində geriyə dönməni qadağan edən nişan quraşdırılıb. Sürücülər həmin kəsişmə yerindən sola dönərkən qaydaları pozduqları üçün qəza qaçılmaz olur. Qeydə alınmış videodan da ayın şəkildə görünür ki, düzünə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü qarşıdan sola dönən "Nissan" markalı avtomobillə toqquşub. Ehtimal olunur ki, "VAZ"ın sürücüsü yüksək sürətlə hərəkət edib, "Nissan"ın sürücüsü isə sola dönən zaman düzünə hərəkət edən "VAZ"ın sürücüsünə yol verməyib. Bu səbəbdən ağır qəza baş verib.
"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində də qeyd olunub ki, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.
Fərid
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










