Bu xəttin üzərinə çıxmayın: Kameralar işə salınıb - VİDEO
Qaydalar
6 May 2025 09:00
Oxunub 11844

Paytaxtın Hüseyn Cavid prospektində (Əzizbəyov parkının qarışısında) sürücülər yol hərəkəti qaydalarını pozurlar. Avtosfer.az xəbər verir ki, onlar günün pik saatlarında təhlükəsizlik adacığının üzərinə çıxaraq sıxlıqdan can qurtarmağa çalışırlar. Sözügedən kəsişmədə nişanlanma xəttinin tələbi hər zaman intizamsız sürücülər tərəfindən pozulur. Qayda pozuntularının qarşısını almaq üçün ərazidəki kameralar bir müddətdir ki, işə salınıb. Hal-hazırda həmin nişanlanma xəttinin tələbini pozan sürücülər cərimələnirlər.
Qayda pozuntularının qarşısını almaq üçün ərazidəki kameralar işə salınıb. Hal-hazırda həmin nişanlanma xəttinin tələbini pozan sürücülər cərimələnirlər.
Fərid
ŞƏRH YAZ














