Bu yanacaqdoldurma məntəqəsindən çıxanda diqqətli olun: Kameralar çəkir - VİDEO

Bakı-Sumqayıt yolunda avtobus zolağına düzgün giriş-çıxış etməyən sürücülər cərimələnirlər. Avtosfer.az xəbər verir ki, əsasən yanacaqdoldurma məntəqələrinə girib-çıxan sürücülər avtobus zolağına daxil olduqları üçün cərimələnirlər. Sürücülərdən biri redaksiyamıza müraciət edərək bildirib ki, sözügedən yolun üzü şəhər istiqaməti olan hissəsində 8 dəfə cərimələnib. O, "Meta Oil" adlı yanacaqdoldurma məntəqəsindən çıxdıqdan sonra avtobus zolağı ilə hərəkət etdiyi üçün cərimələnib.
Qeyd edək ki, yolayrıclarında və ydm-lərin qarşısında avtobus zolağını kəsib keçmək üçün xüsusi yerlər təşkil edilib. Sözügedən ydm-dən çıxan sürücülər adətən sol zolağa yerdəyişmə etmədən avtobus zolağı ilə hərəkətlərinə davam edirlər. Bu səbəbdən də kamera vasitəsilə elektron qərarlar tərtib olunur. Sürücülər həmin ydm-dən çıxan zaman avtobus zolağının başladığı yerə kimi sol zolağa yerdəyişmə etməlidirlər.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










