Bu yol kəsişməsində qaydaları pozanlar 100 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.
Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsindən gedir.
Bir vaxtlar həmin ərazidə kustar üsulla asfalta çəkilən dairə cizgisi sürücülər arasında çaşqınlıq yaradırdı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları növbəli hərəkəti təşkil etməklə ərazidə təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək üçün yol kəsişməsində "sarı tor" təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülər arasında çaşqınlığa səbəb olan hallar həmin ərazidə aradan qaldırılıb. O da əlavə edilib ki, ərazidə işıqforların quraşdırılması digər qurumlarla razılaşdırılır.
Qeyd edək ki, həmin yerdə işıqfor qoyulduqdan sonra qaydalara əməl etməyən sürücülər, yəni yol ayrıcını keçmə qaydalarının pozduqları halda 3 cərimə balı və 100 manat məbləğdə cərimə ediləcəklər.
Daha ətraflı videomaterialda.
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










