Bu yolda avtobuslar dönəndə qəza riski yaradır - Aqil Rəhimov sürücülərə səsləndi - VİDEO

Bakının Mərdanov qardaşları ilə Hənifə Ələsgərov küçələrinin kəsişməsi hazırda sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov həmin ərazidə videoçəkiliş apararaq sürücülərin diqqətinə çatdırıb. Avtosfer.az-ın verdiyi məlumata görə, sözügedən kəsişmədə xüsusilə sağa dönən iriqabaritli nəqliyyat vasitələri, o cümlədən marşrut avtobusları üçün manevr etmək çətinlik yaradır.
Əsas problem ondan ibarətdir ki, svetoforun qırmızı işığı yanarkən stop xəttin tam qarşısında dayanmış avtomobillərlə sağa dönən avtobusların hərəkət trayektoriyası kəsişir.
Aqil Rəhimov bildirib ki, sürücülər qırmızı işıq yanan zaman tam stop xətt üzərində deyil, ondan 2-3 metr geridə dayansa daha təhlükəsiz olar. Belə olan halda, dönmə bucağını düzgün təyin edə bilməyən avtobuslar onlarla toqquşmadan keçə biləcək.
Mütəxəssislər hesab edir ki, problemin aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur. Ya bu kəsişmədə yol hərəkətinin təşkili yenidən nəzərdən keçirilməli, ya da həmin marşrut xəttinin keçdiyi istiqamət dəyişdirilməlidir. Əks halda, həm qəza riski davam edəcək, həm də nəqliyyat axınında lüzumsuz ləngimələr yaranacaq.
Fərid
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO











