Bu yolda ciddi problemlər var: Avtobuslar sərnişinləri yolun ortasında düşürür - VİDEO

Sumqayıt şəhərində hərəkətin təşkilində olan nöqsan və sürücülərin intizamsızlığı yolda hərəkəti çətinləşdirir. Avtosfer.az xəbər verir ki, söhbət Koroğlu küçəsilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən gedir. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, avtobuslar üçün dayanacaq var, lakin dayanacağı bildirən 5.14 nişanı yoxdur. Digər avtomobillər həmin dayanacaqda parklanma etdikləri üçün avtobus sürücüləri sərnişinləri yolun ortasında düşürməli olurlar. Bu isə həm sərnişinlərin həyatı üçün təhlükə yaradır, həm də arxadan gələn digər avtomobillərin hərəkətini çətinləşdirir. Qeydə alınmış bu videoda 77-DP-571 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsünün də qayda pozuntusu əks olunub. O, ikinci cərgədə parklanma edərək gərginliyi daha da artırıb.
Fərid
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR












