Bu yolda diqqətli olun; əyləci basmasanız, maşınınızı konserva bankasına çevirəcəklər – VİDEO

Qaydalar 2 Mart 2026 21:35
Bu yolda diqqətli olun; əyləci basmasanız, maşınınızı konserva bankasına çevirəcəklər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda sürücülərin tez-tez yol verdiyi səhvlərdən biri daralan yollarda bir-birini qabalamaq hərisliyidir.

Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov öz sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, Heydər Əliyev prospektinin köməkçi yolunda, Bağırov körpüsü tərəfdə sürücülər eyni qayda pozuntusuna yol verirlər.

“Belə daralan yollarda mütləq güzgülərə baxmaq lazımdır. Güzgüyə baxanda görürük ki, iki maşın arxamızca sürətlə gəlir. Tormoz pedalına basmalıyıq. əgər biz bunu etməsək, nə baş verəcəkdi?! Biz bu iki avtomobilin arasında konserva bankası kimi əziləcəkdik. Daralan yollarda bəzi sürücülər ya ümumiyyətlə güzgülərə baxmır, bəziləri isə ya sağ, ya da sol güzgüyə baxır.

Məsləhət isə ondan ibarətdir ki, sol və sağ güzgülərin ikisinə də baxmaq, sürətlə yaxınlaşan avtomobillər varsa, tormoz pedalına basmaq lazımdır”.

Qeyd edək ki, sürücülərin bu cür qayda pozuntuları inzibati məsuliyyət yaradır.

Səfər

Oxunub : 384
ŞƏRH YAZ
Ad

E-mail

Şərh