Bu yolda düz xəttin tələbini pozanlar cərimələnir - DİQQƏTLİ OLUN! - VİDEO

Qaydalar 1 Aprel 2024 11:00 Oxunub 12886
Bu yolda düz xəttin tələbini pozanlar cərimələnir - DİQQƏTLİ OLUN! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı dairəvi yolunda manevr qaydasını pozan sürücülər cərimələnir. Avtosfer.az xəbər verir ki, bu barədə sürücülərdən biri qeydə aldığı videonu redaksiyamızın elektron ünvanına göndərib. Belə ki, dairəvi yoldan avtomobil bazarı istiqamətinə gedən sürücülərin əksəriyyəti bütöv xəttin tələbini pozaraq sağa manevr edirlər. Onlar tormozlama zolağına vaxtında keçmədikləri üçün qayda pozmuş hesab olunurlar. Bu səbəbdən də qarşıda xidmət aparan yol polisi əməkdaşları onları inzibati qaydada məsuliyyətə cəlb edirlər.

Qeyd edək ki, tormozlama zolağı olan yollarda sürücü öncədən sağ zolaqla hərəkət etməli və daha sonra tormozlama zolağı başlayan yerdən həmin zolağa daxil olaraq sürəti azaltmalıdır. Bu qaydanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh