Bu yolda hərəkətin təşkili sürücüləri çaşdırır - VİDEO

Bakıda hərəkətin təşkilində olan problem sürücülərdə həm çaşqınlıq yaradır, həm də onların cərimələnməsi ilə nəticələnir. Sözügedən problem paytaxtın Lermontov küçəsindədir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Lermontov küçəsi ilə (Axundov parkının yanı ilə) hərəkət edən sürücülər sağa- Bünyad Sərdarov küçəsinə dönən zaman yol polisləri tərəfindən saxlanılaraq cərimələnirlər. Həmin yolayrıcında hərəkətin düzünə məcburi olduğunu bildirən 4.1.1 nişanı yolun sol tərəfində quraşdırıldığı üçün sürücülər onu görmür. Qeyd edək ki, yol nişanları qanunvericiliyə görə yolun sağ tərəfində quraşdırılmalıdır.
Həmin yolun müəyyən bir hissəsi, yəni Axundov parkının yan tərəfi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayırılıb. Əhməd Cavad küçəsi ilə hərəkət edən sürücülər sola- Lermontov küçəsinə dönə bilməzlər. Çünki həmin yol sahəsinə girişi qadağan edən 3.1 yol nişanı quraşdırılıb. Axundov parkının bu hissəsinə yalnız Məmməd Əfəndiyev küçəsindən daxil olmaq olur. Lermontov küçəsi ilə Bünyad Sərdarov küçəsinin kəsişməsində hərəkət aydın şəkildə təşkil edilmədiyi üçün M.Əfəndiyev küçəsindən sola dönən sürücülər çaş-baş qalır.
Axundov parkının yan tərəfi avtobuslar üçün nəzərdə tutulduğu üçün yaxşı olardı ki, M.Əfəndiyev küçəsindən qoşulan hissəyə avtobus zolağını ayırmaq üçün 1.1 bütöv nişanlanma xətti və sağ zolaqda yerə BUS nişanlanma xətti çəkilsin, dirəkdə isə 5.9 nişanı quraşdırılsın. Düzünə nişanı isə yolun sol tərəfi ilə yanaşı sağ tərəfinə də quraşdırılmalıdır ki, sürücülər hərəkətin hansı istiqamətə icazə verildiyini vaxtından əvvəl qavraya bilsin. Belə olan halda problem köklü şəkildə həll olunacaq, sürücüləri isə çaşdıra biləcək bir məqam qalmayacaq.
Fərid
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











