Bu yolda nişanlara dəyişiklik edildi: Sola dönənlər CƏRİMƏLƏNƏCƏK - VİDEO

Paytaxtın Akim Abbasov küçəsindən sola— Həsən bəy Zərdabi küçəsinə dönən sürücülər kütləvi şəkildə cərimə edilirdi. Avtosfer.az xəbər verir ki, yol nişanları arasında olan ziddiyət sürücülərdə çaşqınlıq yaradırdı. Bu isə onların cərimələnməsi ilə nəticələnirdi.
Həmin yolda cərimələnən sürücülərdən biri vəziyyəti qeyd alaraq, videogörüntü vasitəsilə digər sürücülərə hüquqlarını izah edib. Belə ki, yol kənarındakı 5.8.1 məlumatverici nişan sürücülərə yalnız düzünə və sağa hərəkət etməyə icazə verirdi. Lakin svetofor qarşısında yerləşən 4.1.4 nişanı bu məhdudiyyətin kəsişmə yerində qüvvədən düşdüyünü göstərir və sola, həmçinin geriyə dönmənin mümkün olduğunu bildirirdi. Buna baxmayaraq, polis əməkdaşları sürücüləri cərimələyirdi.
Çəkiliş aparan sürücü əsassız yerə cərimələndiyi üçün DYP-nin 902 qaynar xəttinə zəng edərək mövcud vəziyyətlə bağlı şikayətini bildirib. Nişanlar arasında ziddiyətin olduğunu 902 qaynar xətti də təsdiq edib. Bundan sonra məsələ araşdırılıb və yolayrıcı qarşısında quraşdırılmış 4.1.4 nişanı oradan götürülüb.
Qeyd edək ki, 5.8.1 nişanı olduğu kimi qüvvədə qalıb. Bundan sonra həmin kəsişmədən yalnız düzünə və sağa hərəkət etmək mümkün olacaq. Sola və geriyə dönən sürücülər əsaslı şəkildə məsuliyyətə cəlb ediləcək.
Nərmin
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO











