Bu yolda qaydalar dəyişdi: Sola dönənlər diqqətli olsun - VİDEO

Bakıda nəqliyyat sıxlığının müşahidə olunduğu əsas yolların birində – Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində hərəkətin təşkilində mühüm dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Əvvəllər sözügedən kəsişmə yerində bir zolaq yalnız sola, bir zolaq isə yalnız düzünə təşkil edilmişdi. Sola dönən nəqliyyat vasitələrinin sayının çox olması yolda sıxlıq və tıxacların yaranmasına səbəb olurdu. Sürücülər uzun müddət sola dönmək üçün gözləməli olur, bu isə həm vaxt itkisinə, həm də digər istiqamətlər üzrə hərəkətin ləngiməsinə gətirib çıxarırdı.
Mövcud problemi aradan qaldırmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ərazidə hərəkətin təşkilinə dəyişiklik olunub. Belə ki, dəyişiklikdən sonra hərəkət zolaqlarının sayı artırılıb. Hal-hazırda sola dönmək üçün iki zolaq, düzünə hərəkət etmək üçün isə sağ kənar zolaq nəzərdə tutulub. AYNA-dan Avtosfer.az-a verilən məlumatda da bildirilib ki, tələbata uyğun olaraq sözügedən kəsişmədə sola dönən nəqliyyat vasitələri üçün əlavə 1 hərəkət zolağı artırılıb.
Ərazidən qeydə alınmış videogörüntünü təqdim edirik.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










