Bu yolda sol zolaqla düzünə getməyin: Cərimələnə bilərsiniz - VİDEO

Paytaxtın Üzeyir Hacıbəyli küçəsində yerləşən Cavanşir körpüsü söküldükdən sonra hərəkətin təşkilinə bəzi dəyişikliklər edilib. Avtosfer.az xəbər verir ki, həmin yolun sol zolağı ilə hərəkət edən sürücülər yerdə çəkilmiş düzünə və sola hərəkəti bildirən oxu görərək düşünürlər ki, bu zolaq düzünə davam edəcək. Lakin 20 metr qarşıda hərəkətin yalnız sola olduğunu və yerdə bütöv xəttin çəkildiyini görürlər.
Təqdim etdiyimiz videogörüntüdə "Range Rover" markalı avtomobilin sürücüsü vaxtında sağ zolağa keçmədiyi üçün bütöv xəttin tələbini pozmağa məcbur olub. Bu halda isə həmin hərəkəti edən sürücülər 40 manat məbləğində cərimə oluna bilərlər.
Qeyd edək ki, həmin kəsişmədə zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 nişanları da təşkil olunub.
Könül Rauf
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO












