Bu yolda sürücülər avtobus zolağından çıxa bilmirlər - NÖQSAN VAR - VİDEO

Qaydalar 6 Avqust 2024 10:00 Oxunub 230
Bu yolda sürücülər avtobus zolağından çıxa bilmirlər - NÖQSAN VAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hərəkətin təşkilində olan səhvi sürücülərdən biri qeydə alaraq sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 8 Noyabr prospektinin girişindəki avtobus zolağında nişanlanma xətləri düzgün təşkil edilməyib.

Belə ki, Hərbi Qənimətlər Parkı istiqamətindən gəlib 8 Noyabr prospektinə daxil olan sürücülər avtobus zolağına girdikdən sonra oranı tərk edə bilmirlər. Qırıq-qırıq xətt çəkilmədiyi üçün sürücülər qayda pozmağa məcbur olurlar.

Həmin yerdə qayda pozmağa məcbur olan sürücülər cərimə olunmalarından narahatdırlar. Qeyd edək ki, hərəkətin təşkilində olan nöqsana görə heç bir sürücü məsuliyyətə cəlb edilə bilməz.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh