Bu yoldakı nişan sürücüləri qəzaya sala bilər - FOTO - VİDEO

Bakıda düzgün quraşdırılmayan yol nişanı sürücüləri təhlükəyə salır. Həmin yoldan istifadə edən sürücülər redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində quraşdırılan 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı görünməyən yerdə quraşdırılıb. Nişan həm işıq dirəyinin yuxarı hissəsində, həm də yolayrıcından bir neçə metr əvvəldə quraşdırılıb. Kəsişən yol birtərəfli yol olduğu üçün sürücülər təhlükəylə üzləşir. Nişanı görməyən sürücülər sola hərəkət edən zaman qarşıdan gələn sürücülərə təhlükə yaradır. Ona görə də, nişan yolayrıcının bilavasitə qarşısında görünən yerdə quraşdırılmalıdır. O cümlədən 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı əvəzinə 5.7.1 birtərəfli hərəkət yoluna çıxış nişanı quraşdırılmalıdır. Bundan əlavə olaraq kəsişən yerdə sola 3.1 giriş qadağandır nişanı və hərəkətin hansı istiqamətdən gələn nəqliyyat vasitələri üçün üstünlük təşkil etdiyini bildirən üstünlük nişanları qoyulmalıdır.
Fərid
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












