Bu yoldan düzgün istifadə etməyən sürücüləri cərimə gözləyir - VİDEO

Bu gün isitfadəyə verilən paytaxtın Yusif Səfərov küçəsində avtobus zolağı salınıb. Bu zolaqda hərkət edən digər sürücüləri cərimə gözləyir. Eyni zamanda təmir işləri aparılan yolda hərkət istiqamətləri də dəyişdirilib. 5 zolaqlı avtomobil yolunun bir zolaqı avtobuslar üçün ayrılıb. Həmin zolaqda yerə BUS sözləri yazılıb və ayrıcı zolağın hər iki tərəfinə qırıq-qırıq xətlər çəkilib ki, yalnız həmin ərazilərdən bu zolağa girmək və çıxmaq olar. Söhbət bu gün sürücülərin istifadəsinə verilən Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə hərəkət edən hissəsindəndir. Bu zolaqdan düzgün istifadə etməyən minik avtomobili və avtobus sürücülərini də cərimə gözləyir.
Yolda edilən digər dəyişikliyə görə. əvvəllər Neftçilər prospektindən Yusif Səfərov küçəsində dönən sürücülər sola, yəni Cavanşir körpüsünə qalxa bilirdilərsə, artıq bu, qadağan edilib. Bu sürücülər yalnız Bakı şəhər Baş Polis İdarəsinin qarşısındakı geriyə dönmə yerindən dönərək körpüyə qalxa biləcəklər. Eyni zamanda yolda üzü Bulvar istiqamətinə hərəkət edən sürücülər üçün də Xətai heykəlinin arxasından geriyə dönmə hissəsi açılıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












