Banner

Bu yollarda sağ zolaqla hərəkət etmək sizi qəzalardan qoruyur - VİDEO

Qaydalar 2 Oktyabr 2025 20:24 Oxunub 1398
Bu yollarda sağ zolaqla hərəkət etmək sizi qəzalardan qoruyur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın bəzi magistral yollarında yaranan qarışıqlıq sürücüləri tez-tez çaşqın vəziyyətə salır.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdə dəfələrlə qəza baş verib və sürücülərin belə vəziyyətdə nə etdiklərini bilməmələri ağır faciələrlə yekunlaşır. Xüsusilə Heydər Əliyev və Babək prospektlərində bu hal daha çox müşahidə olunur, sürücülər üçün çaşdırıcı vəziyyətlər yaradır.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə video paylaşıb və paytaxt sürücülərinə xəbərdarlıq edib. O, Heydər Əliyev prospektinin ikinci dərəcəli yoldan mərkəzi yola çıxış zamanı rast gəlinən təhlükəli halları göstərərək sürücüləri diqqətli olmağa çağırıb.
Məşqçi bildirib ki, bu ərazidə ən çox yol verilən səhvlərdən biri sol zolağın tutulmasıdır: 
“Sürücülər sol zolaqda hərəkət etdikdə mərkəzdən gələn avtomobillərlə toqquşma ehtimalı artır. Daha təhlükəsiz hərəkət üçün ən sağ zolaqdan istifadə edilməli və zolaq dəyişərkən güzgülərə mütləq baxılmalıdır”. 

Aqil Rəhimov əlavə edib ki, mərkəz istiqamətinə gedən sürücülər tez-tez başqa bir problemlə də üzləşirlər:
“Belə ki, Babək prospektinə yönələn avtomobillər sol zolaqdan qəfil sağa keçərək digər maşınların yolunu kəsirlər. Bu isə qəza riskini xeyli artırır”. 
Məşqçi sürücüləri bu məqamda daha da diqqətli olmağa və ehtiyatla hərəkət etməyə çağırıb.


Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh