Bura zibil atanın... - Cərimə miqdarı NƏ QƏDƏRDİR?

Paytaxt Bakıda, eləcə də ölkəmizin digər rayon və şəhərlərində hələ də küçədə əllərindəki zibili qutuya deyil, yerə, yol kənarına atan insanlara rast gəlinir.
Məişət tullantıları üçün nəzərdə tutulan qutuların ətrafına səpələnmiş zibilləri görmək isə paytaxt sakinləri üçün adi hala çevirilib.Amma çoxlarımıza məlum deyil ki, ətraf mühiti çirkləndirməklə bağlı cəzalana bilərik.
Avtosfer.az xəbər verir ki, bizim.media qanunvericilikdə bu cür hallarla bağlı hansı müddəaların olduğunu araşdırıb. Qeyd edək ki, ölkə ərazisində ətraf mühiti çirkləndirmə halları İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır.
Məcəlləyə görə, məişət tullantılarını zibil qutularından kənara atılması hallarına görə 50 manat cərimə nəzərdə tutulub.Qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.
Zibilin yandırılaraq, atmosferə zərərli maddələrin atılması halında 8500 manatadək cərimə tətbiq edilə bilər. İctimai nəqliyyatdan istifadə zamanı da tullantılarla yalnış davranışa görə cərimələr nəzərdə tutulur.
Magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirilməsi halında fiziki şəxslər üçün 600-1000 manat, vəzifəli şəxslərə 2000-3000 manat, hüquqi şəxslərə 6000-8000 manat cərimə nəzərdə tutulur və s.Bəs, Məcələnin tələblərinn yerinə yetririlməsinə hansı qurum nəzarət edir?
Qeyd edək ki, bu nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.
Nazirlikdən bəzən qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar və cərimələrlə bağlı məlumatlar yayılsa da müşahidələrimizə əsasən deyə bilərik ki, ətraf mühitin mühafizəsinə elə də ciddi nəzarət yoxdur.
Digər tərəfdən isə sual yaranır - Əlində zibil torbası ilə zibil qutusuna yaxınlaşan şəxs qutunun dolu olduğunu gördükdə, torbanı təkrar evinə qaytarmalıdırmı?
Və ya küçədə vətəndaşın əlində tullantı varsa və yaxınlığında onun atmaq üçün yer yoxdursa, nə etməlidir?
Bu cür şəxslərin cəzalandırılması ədalətlidirmi?
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











