Burada sürücülər maşınları istədikləri formada park edib sakinləri qəzəbləndirirlər - VİDEO

Paytaxtın Binəqədi rayonu, Mir Cəlal 103 ünvanında dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən ərazidə yaşayan sakinlərdən biri sosial şəbəkə hesabında video paylaşıb. Görüntüdən aydın olduğu kimi, 90-FV-709 dövlət nömrə nişanlı “KIA Carens” markalı avtomobilin sürücüsü maşınını yolun hərəkət hissəsində, 77-NA-708 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü isə blokun girişində park edib. Şikayətçi, sürücülərin davamlı olaraq nəqliyyat vasitələrini eyni ərazidə saxladığını bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili girişlərin, darvazaların qarşısında park etmək qadağandır və dayanmış nəqliyyat vasitələri arasında məsafə 3 metrdən az olmamalıdır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cərimə nəzərdə tutulur.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










